Sağlamlıq imkanları məhdud uşağa müavinət təyinatı qaydası dəyişir
17.04.2022 08:45

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinət digər sosial ödənişlərdən asılı olmayaraq təyin ediləcək.

 

Aztibb.az xəbər verir ki, bu, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qeyd edək ki, “Sosial müavinətlər haqqında” qanunda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə müəyyən edilmiş müavinətin təyinat məqsədi onların sağlamlıq imkanlarının məhdudluğunun yaratdığı çətinliklərin həllinə dəstək verilməsi üçün maddi təminatıdır. Ailə başçısının vəfatı ailə üçün əlavə maddi çətinliklər yaşatdığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli qanun ilə sözügedən qanuna edilmiş dəyişikliklə onların həmin müavinəti ailə başçısını itirməyə görə müavinətlə yanaşı almaq hüququ müəyyən edilib.

 

Lakin ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailənin əmək pensiyası hüququ yarandığı halda sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar təyin edilmiş müavinətin ödənilməsi dayandırılır. Bu da həmin kateqoriya şəxslərin, ümumilikdə ailənin maddi təminatının aşağı düşməsinə və haqlı narazılığına səbəb olur.

 

Bu problemin həlli məqsədilə təklif edilən dəyişiklik sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsini nəzərdə tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub