“Kardioloji problemlərə müasir yanaşma" mövzusunda elmi konfrans keçirilib
16.04.2022 20:08
Bu gün akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə "Kardioloji problemlərə müasir yanaşma" mövzusunda elmi konfrans keçirilib.
 
Konfransda TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Gülnaz Dadaşova, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, Səhiyyə Nazirliyinin nümayəndəsi Ülvi Mirzoyev, Respublikanın baş kardioloqu, AKC-nin və Ürək Damar Cəmiyyətinin sədrləri və başqa rəsmi şəxslər iştirak ediblər.
 
Çıxış edən Vüqar Qurbanov bildirib ki, dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəlikləri geniş yayılıb, hətta ölümün ilk əsas səbəbləri arasında ürək xəstəlikləri və insult yer alır. Bu da ürək-damar xəstəlikləri üzrə diaqnostik imkanların yaxşılaşmasını, xəstəliyin daha erkən aşkar edilməsinin zəruriliyini meydana çıxarır.
 
O, xəstəxanalarda maddi texiniki bazanın yaxşılaşdırılması, müasir standartlara cavab verən xidmətin təşkili üçün səhiyyə sahəsinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edib. Eyni zamanda, V.Qurbanov ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsi ilə vətəndaşların ödənişsiz olaraq kardioloji müayinələrdən keçə bidiyini də vurğulayıb.
Gülnaz Dadaşova “XXI əsr: Xroniki ürək çatışmazlığında yeni nailiyyətlər” mövzusunda çıxış edərək, əvvəlki illərlə müqayisədə son dövrlər xəstəliyin müalicə və müayinəsində əldə edilən uğurlardan bəhs edib.
 
Daha sonra, “Ürək çatışmazlığının geriyə döndərilə bilən səbəbləri”, “HFpEF zamanı diaqnostika və müalicədə yanaşma”, “Kardioloji xəstələrdə kardioreabilitasiyanın önəmi”, “Perikarditlər – günün baxışı”, “Familial hiperlipidemiya və inclisiran”, “Kardiorenal sindrom–kardioloqun gözü ilə”, “TAVİ - Nə zaman və kimə?”, “Ürək amiloidozu – kimdə və nə səbəbdən?”, “Anadangəlmə ürək qüsuru: İkiçıxışlı sağ mədəcik”, “Səyrici aritmiyada hansı strategiyanı seçək - Azərbaycan reallığı nə deyir? və “Kardiovaskulyar effekti təsdiq edilmiş hipoqlikemik preparatlar zəmanəsi” mövzularında məruzələr dinlənilib.
Eyni zamanda, konfransda kardiologiyanın müasir problemləri müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib