Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yoqa təlimləri təşkil edilir
15.04.2022 17:27
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi alan əlilliyi olan şəxslər və qazilər üçün “Orijinal yoqa ilə nəfəs meditasiyası və rahatlama texnikası” təlimi təşkil edilib.
 
Təlim Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən keçirilib.
 
Yoqa ilə müntəzəm məşğul olmaq emosional fonu yaxşılaşdırır, insanın stresə davamlılığını artırır. Eyni zamanda dayaq-hərəkət aparatının işini yaxşılaşdıraraq qan dövranı, ürək-damar və tənəffüs sisteminə müsbət təsir göstərir, distiplinlilik və məqsədyönlülük formalaşdırır. Bu məqsədlə yoqa təlimlərinin davamlı şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılır.
 
Yoqa təlimi Agentlik tərəfindən bu ilin yanvar ayından etibarən müntəzəm olaraq həyata keçirilir. Agentliyin Respublika üzrə digər mərkəzləri də sözügedən təlimlərə onlayn formada qoşulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub