Labarator müayinə nəticələrinin dəqiqliyi analizöncəsi hazırlıq şərtlərinə əməl edilməsindən asılıdır - Laboratoriya rəisi 
15.04.2022 17:32

Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası il ərzində orta hesabla 50 minə yaxın, 600-dən çox növdə müayinə aparır. Bu müayinələr ümumi-kliniki, sitoloji, seroloji, biokimyəvi, bakterioloji və immunoloji testlər aiddir. 

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyasının rəisi Sevinc Gülmalıyeva açıqlama verib. 

 

S.Gülmalıyeva qeyd edib ki, Hospitalın Laboratoriya şöbəsi 2009-cu ildən fəaliyyət göstərir. Şöbədə hazırda 31 nəfərdən ibarət tibbi heyət – həkimlər, bioloqlar, feldşerlər, laborantlar, tibb bacıları çalışır.

 

“Laboratoriyamıza müraciət edən hər kəsə tövsiyəmiz ondan ibarətdir ki, müayinə nəticələrinin dəqiqliyinə təsir göstərən analizöncəsi hazırlıq şərtlərinə əməl etsinlər”, - deyə bildirən S.Gülmalıyeva əlavə edib ki, buraya qida və dərman qəbulu, alkohol istifadəsi, fiziki və emosional gərginlik, qadınların fizioloji vəziyyəti, analizin verilmə saatları daxildir.

 

Onun sözlərinə görə, laborator analizlərlə bağlı ən çox sual doğuran məqam fərqli laboratoriyalardan fərqli nəticələrin əldə olunmasıdır. Buna müxtəlif amillərin səbəb olduğunu deyən laboratoriya rəisi bu amillərin qeyd olunan analizöncəsi şərtlərdən əlavə, bioloji materialın toplanması, saxlanılması, daşınması, analitik mərhələyə hazırlanması ilə əlaqədar olduğunu bildirib.

 

Qeyd edib ki, laboratoriyada beynəlxalq standartlara cavab verən müasir təchizat, yüksək hazırlıqlı kadrlar işin səmərəli təşkili və keyfiyyətə nəzarəti təmin edir. Ən son mərhələdə alınan laboratoriya nəticələrinin düzgün dəyərləndirilməsi vacib şərtdir.

 

S.Gülmalıyeva bildirib ki, Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası həkimlərin bu dəyərləndirməni düzgün aparması üçün hər bir testin referent dəyərini pasiyentin yaşına və cinsinə uyğun təyin edir.

 

“Bəzi xəstəliklərin simptomlarının gec aşkar olunmasını nəzərə alsaq, mütəmadi olaraq check-up müayinələrdən keçmək məsləhət görülür. Vətəndaşlarımıza xəstəliklərlə mübarizə aparmamaq üçün onlara vaxtında profilaktika ilə məşğul olmağı tövsiyə edirik”, - deyə laboratoriyanın rəisi vurğulayıb.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub