Son altı ayda onlarla gənc həkim Kliniki Tibbi Mərkəzdə fəaliyyətə başlayıb 
14.04.2022 09:36
Kliniki Tibbi Mərkəzdə aparılan yeniliklər fonunda buranı seçən gənc həkimlərin də sayı artır. Son altı ayda onlarla gənc həkim məhz bu Mərkəzi seçib. Onlardan biri də gənc həkim-laborant Dilarə Bayramovadır.
 
Aztibb.az xəbər verir ki, D.Bayramova Kliniki Tibbi Mərkəzin Labaratoriya şöbəsinin həkim-laborantı vəzifəsinə təyinat alıb.
 
O, 1994-cü ildə Ağdaş şəhərində anadan olub. 2001-2011-ci illərdə Ağdaş şəhərinin M.İsayev adına tam orta məktəbində təhsil alıb. 2011-2017-ci illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib. 2019-2021-ci illərdə Azərbaycan Tibb Universitetində “Laboratoriya” ixtisası üzrə təhsil alaraq həkim-laborant adı alıb.
 
2021-ci ildə “Kliniki təbabətdə laborator diaqnostikanın rolu, ənənələr və innovasiyalar”, həmçinin “COVID-19 erkən və gecikmiş fəsadlar” elmi-praktiki konfranslarının iştirakçısı olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub