Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpənin səhhəti yaxşılaşıb
13.04.2022 17:37

Ağır vəziyyətdə körpə təcili tibbi yardım vasitəsilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb və o,  Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib.

 

Bu barədə Aztibb.az-a institutdan bildirilib.


Qeyd olunub ki, körpəyə bətndaxili infeksiya, dölün vaxtından əvvəl azad edilməsi ilə əlaqədar yaranan neonatal sarılıq və doğuş zamanı az bədən kütləsinin digər halları diaqnozu qoyulub.


3 gün müddətində reanimatoloq Xuraman Həşimova və müalicə həkimi tərəfindən reanimasion tədbirlər görüldükdən sonra xəstə Vaxtından əvvəl doğulmuşların patalogiya şöbəsinə köçürülüb.

 

Aparılan müalicələrdən sonra körpənin vəziyyəti yaxşılaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub