ATU-nun prorektoruna Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi verilib
13.04.2022 10:32

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Tibb Universitetinin (ATU) elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərova tibb elmləri doktoru elmi dərəcəsi verilib.

 

Rauf Bəylərov "Uşaqlarda xronik qlomerulonefritin etiologiyası və patogenetik mexanizmləri" mövzusunda elmlər doktoru dissertasiyasını 2021-ci illdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müdafiə edib. 

 

Tədqiqat işində ilk dəfə olaraq uşaqlarda xroniki qlomerulonefritin patogenezində oksidativ stresin rolu ətraflı öyrənilib, nefrotik sindromun müxtəlif variantlarında immunoloji reaktivliyin dəyişilməsi araşdırılıb. Azərbaycan populyasiyasında nefrotik sindrom zamanı nefrin geninin tez-tez rast gəlinən heteroziqot genotipinin daha çox üstünlük təşkil etməsi aşkar edilib, bununla yanaşı olaraq xəstəliyin patogenezində digər əhəmiyyətli faktorlar ayırd edilib. Qlomerulonefritin səbəbinin aşkar olunmasında böyrəklərin biopsiyası zamanı spesifik histopatoloji mənzərə qeydə alınıb. Xəstələrdə statistik əhəmiyyətli göstəricilər aşkarlanaraq xəstəliyin gedişinin proqnozlaşdırılması mümkün olub.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?