Hərəkət etməkdə çətinlik, titrəmə və ağrı - Parkinson xəstəliyi necə yaranır?/MÜSAHİBƏ
11.04.2022 10:54

Aprelin 11-i Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir. Xəstəliyi təsvir edən ingilis alimi Ceyms Parkinson XIX əsrin əvvəllərində onu “titrəyən iflic” adlandırmışdır. Parkinson mərkəzi sinir sistemində dopamin neyronlarının azalıb yox olması ilə inkişaf edir. Dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan bu xəstəliyə daha çox yaşlı insanlarda rast gəlinir.

 

Mərkəzi Gömrük Hospitalının həkim-nevroloqu Arzu Məhərrəmova Parkinson xəstəliyinin yaranma səbəbləri və müasir müalicəsinə dair suallarımızı cavablandırıb.

 

- Arzu xanım, parkinson xəstəliyi necə yaranır? Bu xəstəliyin əmələgəlmə səbəbləri nələrdir?

 

Parkinson xəstəliyi beyində yerləşən substansia nigra (qara maddə) adlanan hissəsində dofamin sintez edən neyronların öldüyü zaman yaranır. Bu neyronlar normal olaraq beyin hüceyrələri arasında əlaqə yaranmasında rol oynayan dofamin adlanan neyrotransmitteri istehsal edir. Bu hüceyrələr öldükcə dofaminin sintezi azalır. Beynin bu sahəsi hərəkətləri idarə eden mərkəzdir. Dofaminin azalmasi parkinsonlu xəstələrdə hərəkət pozulmalarına səbəb olur. Parkinson xəstəliyi əllərin titrəməsi, hərəkətlərin azalması və yavaşlaması, əzələlərdə sərtlik, postural reflekslərdə azalma (tarazlıqda dayanmada çətinlik, yıxılma) kimi simptomları olan, yavaş inkişaf edən neyrodegenerativ xəstəlikdir.

 

- Parkinson xəstəliyinin qarşısını necə almaq olar?

 

Sadəcə parkinson xəstəlikləri deyil, bütün neyrodegenerativ beyin xəstəliklərindən qorunmaq üçün düzgün, sağlam və balanslaşdırılmış qidalanma seçilməli, zərərli vərdişlərdən, konservantlardan, emal edilmiş qidalardan uzaq durmaq lazımdır. Belə ki, Parkinson xəstəliyinin qarşısını almaq və mümkün olan maksimum sağlamlığı inkişaf etdirmək üçün xəstələr müntəzəm olaraq sağlam pəhriz saxlamalıdırlar. Rasional yaşıl tərəvəzlər, meyvələr, tərkibində vitaminlər, zülallar, minerallar, antioksidantlar və sağlam yağlar olan qida növlərindən ibarət olmalıdır. Gün ərzində 2-3 saat aralarla az miqdarda yemək qəbulu tövsiyə olunur. Gün ərzində lif və bol su (2-2,5 lt) qəbul edilməlidir. Yuxu insan beyninin öz funksiyalarını düzgün yerinə yetirməsi və Parkinson xəstəliyinin qarşısının alınması üçün çox vacibdir. Parkinson xəstəliyinin qarşısını almaq üçün tibbi müayinə və müalicələri vaxtında etmək lazımdır. Daha çox hansı yaşda olan insanlar bu xəstəliyə tutulur? Yaşlanma bütün neyrodegenerativ xəstəliklər üçün risk faktorudur. Parkinson xəstəlikləri üçün isə ortalama başlanğıc yaşı 60-dır. Bu problem 60 yaşdan yuxarı əhalinin 1%-ni əhatə etdiyi halda, 85 yaşın üzərindəki insanlarda 5%-ə qədər yüksəlməkdədir. Kişilərdə bu xəstəliyə qadınlara nisbətən daha çox rast gəlinir.

 

- Parkinson xəstəliyinin ilkin əlamətlərini necə ayırd etmək olar?

 

Xəstəliyin erkən simptomları – qoxuda azalma və ya qoxu itməsi, yuxu pozğunluğu, qəbizlik, depresiya kimi simptomlarla özünü göstərir. Bu erkən əlamətlər çox zaman diqqətdən qaçmaqdadır. Həkimə müraciət edərkən əsasən hərəkət etməkdə çətinlik, titrəmə, ağrı kimi əlamətlər qeyd olunur.

 

- Son illər parkinson xəstəliyinin müalicəsində hansı müasir və innovativ metodlar tətbiq olunur?

 

Parkinson inkişaf edən, zaman keçdikcə daha çox simptomlarla özünü göstərən və xəstənin vəziyyətini ağırlaşdıran bir xəstəlikdir. Doğru müalicə və təqib sayəsində bir çox xəstə uzun müddət normal həyatına davam edə bilər. Erkən müalicə ilə xəstəliyin gedişatını yavaşlatmaq mümkündür. Bu xəstəlikdə cərrahi müalicə (dərin beyin stimulasyonu, levodopa infüzyonu və digər cərrahi müdaxilələr) formaları mövcud olsa da, bu, ilkin seçiləcək yol deyil. Xəstəlik nəzarət edilə bilmirsə və ya dərman ilə yan təsir ortaya çıxırsa, o zaman cərrahi yol seçilə bilər. Müalicə zamanı əsas prinsip hər xəstəyə eyni müalicə deyil, xəstəliyin simptomlarına və onun hansı mərhələdə olmasına, eləcə də yaş və yanaşı xəstəliklərə görə fərqli üsuallar tətbiq etməkdir.

 

- Xəstəliyin yaranmasında genetik faktorlar nə dərəcədə rol oynayır?

 

Xəstələrin 5-10%-ndə genetik faktorlar, ailədən keçid formaları görülməkdədir. Pasiyentlərin əksər hissəsində bu epigenetik faktorlar ilə yanaşı, yaşam tərzi, ətraf mühitin də təsiri ilə xəstəlik ortaya çıxmaqdadır. Tarixdə hansı məşhur insanlar bu xəstəlikdən əziyyət çəkib? Məşhur insanlar arasında da bu xəstəlikdən əziyyət çəkənlər olub. Onlara Məhəmməd Əli (boksçu), Maykl Foks və Robin Vilyams (aktyor), Bülent Ecevit (siyasətçi) və s. misal göstərmək olar.

 

Müsahibə üçün təşəkkür edirik!

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub