Çanaq və ortopedik əməliyyatlarda spinal anesteziya üstünlük təşkil edir
29.05.2026 16:51

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya və Reanimatologiya şöbəsinin müdiri Məmməd Abbasov spinal anesteziya və anesteziya seçimi ilə bağlı Aztibb.az-ın suallarını cavablandırıb.

 

– Doktor, spinal anesteziyanın üstünlükləri nələrdir?

Spinal anesteziyanın əsas üstünlüklərindən biri xəstənin huşunun aydın qalmasıdır. Xəstə əməliyyat zamanı ətrafla əlaqədə ola bilir. Bundan əlavə, əməliyyat və əməliyyatdan sonrakı dövrdə yarana biləcək tromboemboliya riskinin azalmasına kömək edir.

Xüsusilə çanaq və ortopedik əməliyyatlarda spinal anesteziya daha çox üstünlük təşkil edir. Belə əməliyyatlarda bəzən hipotenziv vəziyyətə ehtiyac yaranır. Bu da əməliyyat zamanı qan itkisinin azalmasına kömək edir. Spinal anesteziya nəticəsində arterial təzyiqin müəyyən qədər aşağı düşməsi qan itkisinin minimuma endirilməsində mühüm rol oynayır.

Yaşlı pasiyentlərdə də spinal anesteziyanın üstünlükləri kifayət qədərdir. Bu zaman xəstənin huşu aydın qalır və bir çox hallarda pasiyent əməliyyatı daha rahat keçirir.

 

– Cəmiyyətdə spinal anesteziyadan sonra baş və bel ağrılarının yarandığı ilə bağlı fikirlər var. Bu nə dərəcədə doğrudur?

Spinal anesteziyadan sonra baş və bel ağrılarının yaranması mümkündür, lakin bu hər xəstədə müşahidə edilmir. Belə hallar daha çox gənc yaş qrupunda rast gəlinə bilər.

Müasir tibbdə istifadə olunan yeni nəsil xüsusi iynələr bu riskləri əhəmiyyətli dərəcədə azaldır. Hazırda tətbiq olunan metodlar sayəsində xəstələr əməliyyatdan sonra əksər hallarda ciddi narahatlıq hiss etmirlər.

Əməliyyatdan sonrakı dövrdə həkim tövsiyələrinə əməl olunması da mühüm əhəmiyyət daşıyır. Xəstənin müəyyən müddət yataq rejimində qalması və kifayət qədər maye qəbul etməsi bərpa prosesinə müsbət təsir göstərir.

– Anesteziya növü necə seçilir?

Anesteziya növünün seçilməsi anestezioloq tərəfindən həyata keçirilir. Bu qərar xəstənin yaşı, keçirdiyi əməliyyatlar, yanaşı xəstəlikləri və laborator analizlərin nəticələrinə əsasən verilir.
Hər əməliyyat və hər pasiyent üçün fərdi yanaşma tətbiq olunur. Bəzi hallarda spinal anesteziya ilə yanaşı epidural kateter də istifadə edilə bilər. Bunun əsas məqsədi uzunmüddətli əməliyyatlarda ağrı nəzarətini təmin etmək və narkotik preparatlardan istifadənin minimuma endirilməsidir.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə