Azərbaycanda elektron tibbi reseptlər tətbiq olunacaq
09.04.2022 16:29

Azərbaycanda nəzərdə tutulan mühüm inkişaf prosesinin əsaslarından biri də rəqəmsal səhiyyə islahatlarıdır. İqtisadiyyatın digər sahələri kimi müasir çağırışda əsas rəqəmsal iqtisadiyyatın bir hissəsi olaraq rəqəmsal səhiyyə sistemi də çox vacibdir.

 

Aztibb.az-ın məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

 

Nazir bildirib ki, keçmiş səhiyyə paradiqmasında mərkəzdə tibb xidmətinin təminatçısı, arxasında isə tibb müəssisəsi və avadanlıq dayanırdı.

 

“Yeni paradiqma isə sırf pandemiya dövrü ilə bağlı faktiki olaraq gündəmə çıxdı və biz buna yenidən baxmağa məcbur olduq. Bütün dünya bu yolu gedir. Artıq mərkəzdə sırf vətəndaş durur, səhiyyə sistemi isə vətəndaşın ətrafında qurulur və ona əlçatanlığı təmin edilir.

 

Rəqəmsal səhiyyə bir neçə hissədən ibatətdir. İlk növbədə elektron resept, həkim qəbuluna elektron qeydiyyat sistemidir və tibbi məlumatlar toplusunun formalaşdırılmasıdır.

 

Bir sözlə, rəqəmsal səhiyyə strategiyası çoxmodullu istiqamətdir. Nəticədə vətəndaş bir-iki toxunuşla məqsədi üzrə səhiyyə sistemi ilə təmasda olacaq”, - deyə nazir əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib