Dünya Bankı Səhiyyə Nazirliyinə təkliflər verib  
08.04.2022 17:58

Azərbaycan hökuməti ilə Dünya Bankı Qrupu (DB) arasında əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində DB-nin Cənubi Qafqaz üzrə İnsan Resurslarının İnkişafı təcrübə Proqram Qrupunun rəhbəri Ahmet Levent Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, səhiyyə sisteminin təkmilləşdirilməsi Azərbaycan üçün prioritet məsələdir.

 

Onun sözlərinə görə, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

 

Sonra Dünya Bankının nümayəndələri “Azərbaycanda Rəqəmsal Səhiyyə Ekosisteminin Qiymətləndirilməsi: 2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsi çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim etdilər.

 

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə etdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır