Pandemiyanın yaratdığı fəsadlardan depressiya halları 25 faiz artıb - ÜST
08.04.2022 14:50

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə COVID-19 pandemiyasından sonra insanlarda narahatlıq və depressiyanın təkrarlanma halı 25 faiz artıb.

 

Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, qapanma, tənhalıq, virusa yoluxma qorxusu, həmçinin maddi problemlər bir çox xəstəliklərin yaranmasına və inkişaf etməsinə səbəb oldu. ÜST bu kimi halların qadınlar, yeniyetmələr və fiziki qüsurları olan şəxslər üçün daha təhlükəli olduğunu bildirir.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qadınlarda daha çox qeydə alınan narahatlıq, kədər və stres hallarının pandemiya dövründə on faiz artdığı qeyd edilib. Amerika Birləşmiş Ştatları və Kanadanın səhiyyə qurumlarının məlumatına əsasən, bu ölkələrdə işçilər əsəb və gərginlik halından əziyyət çəkirlər. Depressiyadan əziyyət çəkən yeniyetmə və gənclərin sayı 2021/2022-ci illərdə 20 faiz artdığı müşahidə olunub. Depressiya halı, psixoloji gərginlik və yeniyetmələrin cəmiyyətdən uzaqlaşması bəzi hallarda intiharlara da gətirib çıxarır.

 

Qeyd edək ki, Finlandiya, Danimarka, İslandiya, İsveçrə və Niderland pandemiya dövründə bu kimi halların ən az baş verdiyi ölkələrdir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?