Zaur Əliyev Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb
07.04.2022 16:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovla görüşüb.
 
Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında səfirə ətraflı məlumat verib. Qeyd olunub ki, səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da artırılmasına xidmət edir.
 
Görüşdə Özbəkistanda icbari tibbi sığortanın təkmilləşdirilməsində ölkəmizin icbari tibbi sığorta və səhiyyənin rəqəmsallaşdırılması sahəsində əldə etdiyi təcrübənin tətbiqi imkanları müzakirə olunub. Həmçinin iki ölkənin həkim-cərrahlarının endoskopik, laparoskopik və torakoskopik sahələrində təcrübə mübadiləsi üçün mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib