Bir neçə yüksəkixtisaslı gənc həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb
07.04.2022 14:59

2021-ci ildən etibarən fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzi Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında 7-si Ailə Sağlamlıq Mərkəzi və 4-ü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarətdir.

 

Bu günlərdə Mərkəzdə əksəriyyəti gənc olmaqla bir neçə yüksəkixtisaslı həkim fəaliyyətə başlayıb. Aztibb.az həmin həkimlər barədə məlumatları təqdim edir:

 

Cəfər Tağızadə. 2008-2014 -cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Bu ilin mart ayından Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışır.

Elnarə Kərimova. 2015-2021-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Hazırda Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışır.


Məhərrəm Tağıoğlu. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. Bir sıra şirkətlərdə və özəl tibb müəssisələrində çalışıb. 44 günlük Vətən müharibəsinin iştirakçısı olmaqla yanaşı, N saylı hərbi hissənin tibb xidməti rəisi vəzifəsində də çalışıb.


2022-ci ilin yanvar ayından Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim-terapevt vəzifəsində çalışır.


Nərmin Məmmədova. 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2022-ci ilin yanvar ayından Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləyir.

Lalə Allahverdiyeva. 2011-2017-ci illərdə Azərbaycan Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2013-cü ildə Türkiyədə praktika keçib. 2016-cı ildə Azərbaycanda keçirilən Formula-1 yarışlarında First Aider olaraq çalışıb. 2020-ci ildən 2022-ci ilin fevral ayına kimi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalında həkim olaraq fəaliyyət göstərib.


Hazırda Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləyir.


Telman Rzayev. 1993 -1999-cu illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Sumqayıt şəhər 1 saylı xəstəxananın Anesteziya və reanimasiya şöbəsində klinik internatura kursu keçərək həkim anestezioloq - reanimatoloq ixtisasına yiyələnib. 2000- 2022 ci illərdə Müdafiə Nazirliyinin müxtəlif hospitallarında anestezioloq - reanimatoloq kimi xidmət edib. 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz və həmin ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin iştirakçısıdır. Bu ilin yanvar ayından ehtiyata buraxılıb və tibb xidməti polkovnik-leytenantıdır.

 

Bu ilin aprelin 5-dən Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışır.


Cavidan Qafarov. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 18. 01. 2022-ci il tarixindən etibarən Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub