Gənc Qan Donorlarının III Ümumrespublika Forumu keçirilib
06.04.2022 22:54

Qırmızı Ürəklər (Red Hearts) Fondunun, Qan Donorları Assosiasiyasının, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Fairmont Hotelin və Mərkəzi Qan Bankının birgə tərəfdaşlığı ilə Gənc Qan Donorlarının III  Ümumrespublika Forumunun rəsmi açılış mərasimi keçirilib.

 

Tədbirin məqsədi respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması, eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.

 

Forumda Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Yusif Poladov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova, eləcə də Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, millət vəkili İlham Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış ediblər. Natiqlər Forumun əhəmiyyətindən, ölkə ictimaiyyətinin diqqətini bir daha adı çəkilən sahəyə yönəltməklə qan vermənin faydalarının geniş auditoriyaya çatdırılmasının vacibliyindən danışıblar.

 

Ümumrespublika Forumu çərçivəsində paytaxtdan və regionlardan seçilmiş 30 nəfər gənc “könüllü donor şəbəkəsinin qurulması" mövzusunda təşkil olunan 3 günlük təlimlərdə iştirak ediblər.

 

Gənclər arasında yaradılan kommunikasiya və aldıqları təlimlər onların ölkədə qan donorluğu istiqamətində mobil könüllü qruplar olaraq fəaliyyət göstərmələrinə imkan yaradacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib