Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin açılış mərasimi keçirilib
06.04.2022 16:43
Aprelin 6-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin açılış mərasimi baş tutub. Konqresin fəxri prezidenti, ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbirdə açılış nitqi ilə çıxış edib.
Aztibb.az-ın xəbərinə görə, rektor bildirib ki, ATU-da İtaliya Rinoloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunmuş bu konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyində də akkreditasiya olunub:
“İki gün davam edəcək bu konqresdə müxtəlif təşkilatlardan olan mütəxəssislər rinologiya sahəsi ilə bağlı məruzələr və təqdimatlarla çıxış edəcəklər. Həmçinin “Yuxuda nəfəs dayanmaları” adlı təlim kursunun canlı cərrahiyyə əməliyyatı da nümayiş etdiriləcək. Bu münasibətlə İtaliyanın məşhur rinoloqları, İtaliya Rinoloji Cəmiyyətinin sədri və üzvləri universitetimizə dəvət olunublar”.
Professor G.Gəraybəyli Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının sabiq prezidenti və İdarə Heyətinin üzvü, İtaliya Rinoloji Cəmiyyətinin fəxri prezidenti, otorinolarinqologiya kafedrasının müdiri, professor Desiderio Passalinin rəhbərliyi ilə İtaliyanın müxtəlif universitet və klinikalarından təşrif gətirmiş qonaqları konqres iştirakçılarına təqdim edib. Onlara konqresdə çıxış və iştiraklarına görə ATU-nun professor-müəllim heyəti adından təşəkkürünü bildirib.
Rektor, həmçinin konqresin 2020-ci ildə keçirilməli olduğunu, amma pandemiya səbəbindən bu gün baş tutduğunu diqqətə çatdırıb, tədbirin yüksək səviyyədə təşkilinə görə konqresin prezidenti, professor Əzizağa Talışinskiyə minnətdarlığını ifadə edib.
Professor Ə.Talışinski çıxışında bu tədbirin təşkil olunmasında əsas məqsədin rinologiyanın müasir problemlərini müzakirə etməklə yanaşı, hər iki ölkənin rinoloqları arasında məhsuldar dialoq yaratmaqdan ibarət olduğuna diqqət çəkib. O, konqresin elmi proqramının Azərbaycan otorinolarinqoloqları və İtaliya rinoloji cəmiyyətləri tərəfindən birgə təqdim ediləcəyini, rinologiya sahəsində bir sıra mövzuların müzakirə olunacağını bildirib. Tədbirə beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin dəvət olunduğunu qeyd edən Ə.Talışinski hər iki ölkənin otorinolarinqoloqlarının tibbin bu sahəsinin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulayıb.
Növbəti çıxışçı isə italiyalı qonaq, professor Desiderio Passali olub. Onun sözlərinə görə, 120 ölkənin təmsil olunduğu Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri xalqlar arasında görüş və müzakirələri inkişaf etdirməkdir:
“Bu görüşün digərlərindən fərqli və xüsusilə gənc həmkarlarım üçün faydalı olacağına əminəm. Çünki onlar xəstələrin müalicəsi və sağlamlığı üçün buradan yeni məlumatlar öyrənəcəklər”.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gündəliyə keçilib. Roma Katolik Universitetinin qulaq, burun, boğaz xəstəlikləri üzrə professoru, İtaliya Rinoloqlar Cəmiyyətinin baş katibi Giulio Cesare və ATU-nun otorinolarinqologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Cabbar Cəlilovun sədrliyi ilə məruzəçilərə söz verilib.
Qeyd edək ki, konqresin iki gün davam etməsi nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08

