Dünyada İLK: Rusiyada yeməli COVID-19 peyvəndi hazırlanır
06.04.2022 15:37

Sankt-Peterburqun Eksperimental Tibb İnstitutu adi qıcqırdılmış süd məhsulu kimi dad verən koronavirusa qarşı dünyada ilk yeməli vaksinin klinik sınaqlarına tezliklə başlamağa ümid edir.

 

Aztibb.az-ın məlumatına görə, APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə institutun Molekulyar Mikrobiologiya və patogen mikroorqanizmlərinin molekulyar genetikası laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov bildirib.

 

“Bu günə qədər biz peyvənd namizədlərinin dörd variantını yaratmışıq. Çox ümid edirik ki, yaxın gələcəkdə klinik sınaqlara başlayacağıq”, - rusiyalı alim vurğulayıb.

 

İnstitutun direktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksandr Dmitriyev isə 2020-ci ilin yanvarından institutda müvafiq tədqiqatların aparıldığını qeyd edib. Onun sözlərinə görə, yeməli COVID-19 peyvəndi bir sıra rəqabət üstünlüklərinə malikdir: “Onlardan biri bu dərmanın kifayət qədər asan içilməsidir. Həmçinin, belə bir peyvəndin istehsalı xüsusi təmizləmə texnologiyalarının istifadəsini və dərmanın seriyalı istehsalını təşkil etmək üçün ciddi maliyyə xərcləri tələb etmir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib