Səhiyyə Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib (FOTO)
06.04.2022 15:18

Səhiyyə Nazirliyində Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan münasibətləri qədim tarixə malikdir və yüksələn xətt üzrə inkişaf edir: “Xalqlarımızı oxşar milli adət və ənənələr, ortaq dil qrupu, mədəniyyət və din birləşdirir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri xüsusi rol oynayır”.

 

Bildirilib ki, ölkələrimiz arasında səhiyyə sahəsində də uğurlu əməkdaşlıq əlaqələri qurulub, tibbin kardiologiya, invaziv radiologiya, transplantologiya və digər sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur.

 

İki qardaş ölkə arasında əməkdaşlıq formatının bir çox ölkələr üçün nümunəvi olduğunu vurğulayan Teymur Musayev gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişafına ümid etdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər