ÜST: "Havanın çirklənməsi səbəbindən hər il 7 milyon insan həyatını itirir"
06.04.2022 09:27

Dünya sakinlərinin 99 faizi çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş normaları üstələyən və insan sağlamlığına təhlükə yaradan hava ilə nəfəs alır. Hazırda hava keyfiyyətinin monitorinqi 115-dən çox ölkənin 6 mindən artıq şəhərində aparılır.

 

Çirklənmiş havada yüksək miqdarda kiçik bərk hissəciklər və azot dioksid qeyd olunur, üstəlik ilk növbədə bu aşağı və ya orta gəlir səviyyəli ölkələrə aiddir. ÜST yer altından çıxarılan yanacaqdan istifadəni məhdulaşdırmağa və havanın çirklənmə səviyyəsinin azaldılması üçün digər tədbirləri görməyə çağırır.

 

Bu, 2022-ci ildə havanın keyfiyyəti barədə ÜST-ün yenilənmiş məlumat bazasından olan məlumatlardır. Həmin məlumat bu il “Bizim planetimiz, bizim sağlamlığımız” şüarı altında keçiriləcək Ümumdünya sağlamlıq günü ərəfəsində yerləşdirilib. Bu baza dünyada havanın vəziyyətinin monitorinqinin aparılması üçün yaradılıb və davamlı inkişaf sahəsində Məqsədlərə nail olunmasında irəliləyişin izlənilməsi üçün istifadə edilir.

 

“Havanın çirklənməsi səbəbindən hər il 7 milyon insan həyatını itirir – onların ölümünün, eləcə də saysız-hesabsız xəstəliklərin qarşısını almaq olardı”, – deyə ÜST-ün ətraf mühit, iqlim dəyişməsi və sağlamlıq Departamentinin direktoru Mariya Neyra vurğulayıb.

 

Hətta bir çox hava çirkləndiricilərinin aşağı səviyyədə olması sağlamlığa əhəmiyyətli dərəcədə ziyan vurur. Bərk hissəciklər ürək-damar və tənəffüs sistemlərinə təsir edərək ağciyərlərə dərindən nüfuz edə və qan dövranı sisteminə daxil ola bilir. Alimlər hesab edirlər ki, bərk hissəciklər bir sıra digər orqanlara da təsir edirlər. Havada azot dioksidin olması tənəffüs yolları xəstəliklərinə, xüsusən də astmaya səbəb olur.

 

“Yer altından çıxarılan yanacağa olan yüksək qiymətlər, enerji təhlükəsizliyi və səhiyyə sahəsində ikili məsələnin - havanın çirklənməsi və iqlim dəyişikliyinə əks təsir göstərməyin həll edilməsində mühüm zərurət - yer altından çıxarılan yanacaqdan daha az asılı olan dünyaya doğru daha sürətli hərəkət etməyin vacib ehtiyacını vurğulayır”, – deyə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib.

 

Hökumətlər tərəfindən havanın keyfiyyətini yaxşılaşdırmaq üçün atıla biləcək addımlara ÜST tövsiyələrinə uyğun olan milli standartların tətbiqi, havanın keyfiyyətinin monitorinqi, yalnız ekoloji cəhətdən təmiz məişət enerjisindən istifadəyə keçid, nəqliyyat vasitələrinin emissiyaları və səmərəliliyi sahəsində ciddi standartlar, eləcə də enerji nöqteyi-nəzərdən effektiv mənzil və elektrik enerjisi istehsalına investisiyalar daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub