Dövlət Agentliyində “Stop Vərəm” Tərəfdaşlığının nümayəndələri ilə görüş keçirilib
05.04.2022 18:45

Aprelin 5-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan “Stop Vərəm” Tərəfdaşlığının (“Stop TB” Partnership) icraçı direktoru Luçika Ditiu və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

 

Aztibb.az xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Azərbaycanın vərəmlə mübarizə tədbirlərini mütəşəkkil formada təşkil edən ölkələrdən biri olduğunu bildirib. Z.Əliyev əlavə edib ki, Azərbaycanda sözügedən xəstəliyin müayinə və müalicəsi vərəmlə mübarizə üzrə tədbirlər proqramı çərçivəsində aparılır.

 

Görüşdə vərəm xəstəliyinə qarşı mübarizə və cavab tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, “STOP Vərəm” Tərəfdaşlığı tərəfindən Azərbaycana bu sahədə texniki dəstəyin göstərilməsi, habelə Tərəfdaşlığın “Vərəmin Müalicəsi üçün Dərman Təminatı üzrə Qlobal Mexanizm” (Global Drug Facility) təşəbbüsü çərçivəsində vərəmə qarşı dərman təminatının planlı şəkildə idarəolunmasısı və dərman preparatlarının keyfiyyətinə nəzarətin təmin edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub.

 

Fikir mübadiləsi zamanı tərəflər həmçinin əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasının vacibliyini də diqqətə çatdırıblar. Qeyd olunub ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı stiqmanın olması səbəbindən çox vaxt insanlar bu xəstəliyin daşıyıcısı olduğunu gizlətməyə çalışır, tibb müəssisələrinə isə artıq ağırlaşmış vəziyyətdə müraciət edirlər. Bu da öz növbəsində vərəmə yoluxma hallarının artmasına gətirib çıxarır.

 

Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, “Stop Vərəm” Tərəfdaşlığının vəkillik və texniki məsələlər üzrə rəhbəri Əsgər İsmayılov, Tərəfdaşlığın  regional məsləhətçisi Natavan Əlixanova və kommunikasiya üzrə mütəxəssisi Honey Mehta, Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycanda səfərdə olan “Stop Vərəm” Tərəfdaşlığının icraçı direktoru və onu müşayiət edən nümayəndə heyəti aprelin 4-də Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfransda iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib