Çin yoluxucu xəstəliklərin müalicəsində xalq təbabətinin rolunu artırır
04.04.2022 11:39

Çin yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində, eləcə də ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətə yanaşmada ənənəvi Çin təbabətinin rolunu artırmağı planlaşdırır.

 

Aztibb.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Şurasının bu yaxınlarda açıqladığı planda bu barədə bildirilir.

 

14-cü beşillik dövründə (2021-2025-ci illər) ənənəvi Çin təbabətinin inkişaf planında COVID-19 epidemiyasının profilaktikasına və nəzarətinə ənənəvi Çin təbabətinin verdiyi mühüm töhfə yüksək dəyərləndirilir, müvafiq qanunların və normativ aktların işlənib hazırlanmasında, həmçinin onlara düzəlişlər edilərkən Çin və Qərb təbabətləri metodlarının uyğunluğunu daxil etmək imkanının öyrənilməsi və ənənəvi Çin təbabətinin müalicə üzrə imkanlarının artırılması təklif olunur.

 

Sənəddə vurğulanır ki, ənənəvi Çin təbabəti ilə məşğul olan aparıcı xəstəxanaların təcrübəsi ölkənin əyalət səviyyəsində bütün inzibati vahidlərində yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi üzrə ənənəvi Çin təbabəti milli bazasının yaradılmasında istifadə olunacaq.

 

Planda bildirilir ki, ənənəvi Çin təbabəti ilə məşğul olan bütün dövlət xəstəxanaları, eləcə də Çin və Qərb təbabəti ilə məşğul olan aparıcı dövlət xəstəxanaları yüksək hərarəti olan xəstələrin qəbulu üçün ambulatoriyaya sahib olmalı və yoluxucu xəstəliklər, təcili yardım, ağır xəstəliklər, respirator xəstəlikləri və laborator analizləri şöbələrinin tikintisini artırmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib