Daha iki həkim Kliniki Tibbi Mərkəzdə fəaliyyətə başlayıb
04.04.2022 10:12
1993-cü il təvəllüdlü Gülnar Axundzadə Kliniki Tibbi Mərkəzdə infeksionist, 1986-cı il təvəllüdlü Günel Əliyeva isə təcili və təxirəsalınmaz tibbi yardım həkimi kimi fəaliyyətə başlayıb.
 
Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, həkim-infeksionist Gülnar Rövşən qızı Axundzadə 2010-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb. 2015-2019-cu illərdə Kliniki Tibbi Mərkəzdə rezidentura keçib. 2017-2019-cu illərdə Türkiyənin Ondokuz Mayıs Universitetində yoluxucu xəstəliklər üzrə təcrübədə olub. O, 2019-2020-ci illərdə təyinatı üzrə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist işləyib. 2020-ci ilin dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatının və UNİCEF-in COVID-19-la bağlı layihələrində həkim-təlimçi olaraq fəaliyyət göstərib.
 
Günel Nazim qızı Əliyeva isə 2011-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. 2012-2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış Türkan Mədəniyyət Mərkəzində Təcili tibbi yardım kursunun rəhbəri vəzifəsində çalışıb. 2013-2017-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında Reanimatologiya-anesteziologiya ixtisası üzrə rezidentura təhsili alıb. O, 2017-2021-ci illərdə 11 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub