Ürəyin aorta qapağının xəstəliklərinə həsr olunmuş "A-dan Z-yə AORTA" konfransı keçirilib
03.04.2022 18:12

Azərbaycan Kardiologiya Cəmiyyəti, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti, Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə ürəyin aorta qapağının xəstəliklərinə həsr olunmuş "A-dan Z-yə AORTA" konfransı keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə və İsraili təmsil edən 320 kardioloq iştirak edib.

 

Aztibb.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun sədri Üzeyir Rəhimov, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev, Türkiyə Kardiologiya Cəmiyyətinin katibi Ertuğrul Okuyan, Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin katibi Şahin Şenay, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov aorta qapaq xəstəliklərinin diaqnostikası, müalicəsində yeniliklərin olduğunu və bu sahədə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıblar. Çıxış edənlər konfransın həm kardioloqlar, həm də kardiocərrahlar üçün faydalı olacağını və öyrəndikləri yenilikləri praktikada tətbiq edəcəklərinə inandıqlarını bildiriblər.

 

Sonra tədbir panel müzakirələrlə davam edib. Emin Kərimlinin "Aorta qapaq anatomiyası", Yasmin Rüstəmovanın "Aorta qapaq görüntülənməsi", Elnur İsayevin "Aorta stenozunun patofiziologiyası", Cəmil Babayevin "Aorta çatışmazlığı", Qalib İmanovun "Anadangəlmə aorta qapaq xəstəlikləri", David Planerin "Mürəkkəb TAVİ halları", Mesut Demirin "TAVİ ağırlaşmaları" və başqalarının müxtəlif mövzularda məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib