Uşaq Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Dünya Autizm Məlumatlandırma Günü çərçivəsində tədbir keçirilib - FOTO
03.04.2022 09:40
2 aprel-Dünya Autizm Məlumatlandırma günü kimi qeyd edilir. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Aztibb.az-ın məlumatına görə, tədbirdə bildirilib ki, hazırda ölkəmizdə 53 mindən çox sağlamlıq imkanları məhdud uşaq vardır ki, onlardan 2543 nəfəri məhz autizm sindromlu uşaqlardır.
Sağlamlıq imkanları məhdud uşaqların etibarlı fiziki-mənəvi inkişafı ilə yanaşı sosial təminatı, səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması Prezident İlham Əliyevin sosial inkişaf strategiyasında mühüm prioritetlərdən biridir. Bu tədbirlərin davamı olaraq Dövlət başçısının göstərişi ilə son illər reabilitasiya sistemi müasir tələblərə uyğun qurulur. 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
Nazirliyin 1 və 2 saylı reabilitasiya mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqların səmərəli reabilitasiya xidmətləri ilə təmin olunmaları üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Ötən ilin dekabr ayında Qəbələdə il ərzində 1000-dən çox sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərəcək Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib.
Yaxın aylarda isə Şəmkirdə daha belə bir mərkəzin açılması planlaşdırılır. Ümumilikdə, gələcəkdə uşaq reabilitasiya mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Hazırda DTSERA-nın müasir tələblərə uyğun qurulmuş 3 Uşaq Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin Mərkəzlərdə il ərzində bir hissəsi autizm sindromlu uşaqlar olmaqla, ümumilikdə, 4 minədək sağlamlıq imkanları məhdud uşaq tibbi, sosial reabilitasiya tədbirləri ilə əhatə olunur. Həmin uşaqlar peşəkar psixoloq, əmək terapevti, özünəqulluq və loqoped xidmətləri ilə təmin olunurlar. Eyni zamanda onların valideynləri ilə maarifləndirici işlər aparılır.
Agentliyin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində autizm üzrə məşhur amerikalı mütəxəssis, “Child with a Future” fondunun təmsilçisi Bill Piters reabilitasiya xidmətləri göstərilən autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlarla motivasiya məqsədi daşıyan sosial-psixoloji seanslar təşkil edilib, həmçinin reabilitasiya mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

