“Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” mövzusunda dəyirmi masa keçirilib
02.04.2022 09:32

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən BP Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatının təqdimatı keçirilib.

 

Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələri iştirak ediblər.

 

Beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatını inklüziv təhsil üzrə beynəlxalq ekspertlər Piter Qraymz və Marike Stivenz təqdim ediblər.

 

Hesabatda Azərbaycanda inklüziv təhsilə aidiyyəti olan bir sıra qanunvericilik aktlarının təhlili, nümunəvi qanunvericilik bazasına malik ölkələrin təcrübəsi, həmçinin qanunvericiliyin gücləndirilməsi və inklüziv təhsilin inkişafı üçün icrası zəruri olan tədbirlər planı öz əksini tapıb.

 

Tədbir müzakirələrlə davam edib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”