Tibb Universitetində soyqırımı qurbanlarının xatirəsi anılıb
31.03.2022 17:12
Azərbaycan Tibb Universitetində (ATU) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib.
Aztibb.az-ın xəbərinə görə, Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülarə Verdiyeva tədbiri açaraq, ilk növbədə anım mərasiminin keçirilməsinə şərait yaratdığına görə, rektor, professor Gəray Gəraybəyli başda olmaqla ATU-nun rəhbərliyinə təşəkkürünü bildirib. O, milli yaddaşımızı təzələməyin vacibliyinə toxunaraq qeyd edib ki, indi zaman başqadır. Sosial şəbəkələrdə ölkəmizin tarixi o qədər dolğunluğu ilə əks olunub ki, istənilən məlumatı asanlıqla əldə edə bilirik:
“Mart soyqırımı azərbaycanlıların başına gətirilən ən böyük faciələrdən biridir desək, yanılmarıq. 1918-ci ilin mart, aprel aylarında erməni vandallarının öz himayədarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliklər heç vaxt tariximizdən və yaddaşımızdan silinməyəcək. Çünki bizim bu tarixi unutmağa və unutdurmağa haqqımız yoxdur. Bakıda, eləcə də Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə törədilən qırğınlar, qanlı hadisələr zamanı ermənilər bir neçə gün ərzində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, qoca, qadın və uşaqlara belə aman verməyiblər”.
Erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü xatırladan G.Verdiyeva dövlət başçısı İlham Əliyevin “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 30 dekabr 2009-cu il tarixli sərəncamını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.
Millət vəkili Məlahət İbrahimqızı da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, faşist ideologiyası ilə zəhərlənən erməni vandallarının Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı düşmənçiliyinin tarixi 300 ildən çoxdur. Bu əsassız düşmənçilikdən imperialist qüvvələrin də zaman-zaman yararlandığını diqqətə çatdıran millət vəkili qeyd edib ki, 31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
M.İbrahimqızı ermənilərin iki əsrdir azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinə yalnız ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü vurğulayıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki şanlı zəfərindən də söhbət açan millət vəkili gələcəyimiz olan gənclərin hər zaman vətənpərvər və qurucu ruhda yetişməsindən qürur duyduğunu deyib. Eyni zamanda müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq baxımından Azərbaycan gənclərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Çıxışlarını sual-cavab formatında quran Azərbaycan Tibb Universitetinin tələbələri Cavid Mustafazadə və Fidan Həsənli, Azərbaycan Dillər Universitetinin tələbələri Nicat Əliyev və Günel Dadaşova, eləcə də musiqi kollecinin tələbəsi Əsmər Eyvazova son yüz ildən artıq müddətdə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşında silinməz izlər buraxdığını söyləyərək, gənclərimizi belə taleyüklü məsələləri daim diqqətdə saxlamağa, soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal olmağa çağırıblar.
Anım tədbirində ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov və YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da iştirak ediblər.
Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

