Qida məhsullarının izlənmə sisteminin tətbiqi nəzərdə tutulur  
31.03.2022 16:50
“Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
 
Aztibb.az xəbər verir ki, Qanun layihəsində qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün həmin məhsulların təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin yaradılması istehlakçılarda təhlükəli məhsullar və həmin məhsulların təhlükəliliyinə səbəb olan hallar barədə ətraflı məlumat almağa, istehlakçı hüquqlarının müdafiəsinə imkan yaradacaqdır. Həmçinin qanunda qida və yem məhsullarının təhlükəli hesab edilməsi ilə bağlı hallar müəyyən edilərək, bu halların aşkar edilməsi zamanı həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsinin qadağan edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cür qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların reyestrinin aparılması və bunun vətəndaşlar üçün açıq olması ictimai nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub