Halsızlıq, ürəkbulanma, iştahasızlıq mədəaltı vəzidə yaranan problemlərdən irəli gələ bilər - HƏKİM MƏSLƏHƏTİ
31.03.2022 14:30
Mədəaltı vəzi kiçik olmasına baxmayaraq insan orqanizmi üçün çox vacibdir. O, bədənə xüsusi fermentlər ifraz edən orqandır. Bu fermetlər həzm sistemində xüsusi yağları, karbohidratları parçalamağa kömək edir. Mədəaltı vəzin axarı öd axarı ilə birlikdə gəlir, nazik bağırsağın fater məməciyindən onikibarmaq bağırsağa açılır. Bədəndə olan maddələrin parçalanmasında kömək edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzin Poliklinika şöbəsinin müdiri Afət Zeynalova məlumat verib. 
 
Həkimin sözlərinə görə, qidalanmaya düzgün əməl edilməzsə, yağlı qidalardan, alkoqollu içkilərdən çox istifadə edilən zaman vəzin fəaliyyəti zəifləyir, daha az fermentlər ifraz edir. Bu da öz növbəsində, ağırlığından asılı olaraq simptomların əmələ gəlməsinə səbəb olur. İlkin olaraq həmin nahiyədə ağrılar başlayır. Ürəkbulanma, qusma, ishal kimi hallar müşahidə edilir. İştah və fiziki aktivlik azalır. Orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.
 
"Bundan başqa, mədəaltı vəzin insulin ifraz etmə funksiyası da vardır. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Əgər qanda normadan artıq qlükoza yığılarsa, mədəaltı vəzi insulin ifraz edir. Əgər mədəaltı vəzi normadan az insulin ifraz edərsə, şəkərli diabet xəstəliyinin ilkin simptomları yarana bilər".
 
A.Zeynalova qeyd edib ki, insulindən əlavə, mədəaltı vəzi bir neçə vacib maddələr ifraz edir. Buna qlükaqon, polipeptid, qrelin və s. misal göstərmək olar. Qlükaqon vəzi insulindən fərqli olaraq qanda qlükozanın səviyyəsini artırır. Qrelin vəzi insanın iştahına cavabdehlik daşıyır. Halsızlıq, ürəkbulanma, iştahasızlıq kimi halların yaşanması mədəaltı vəzidə yaranan problemlərdən irəli gələ bilər.
 
Bu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
 
Mədəaltı vəzi qorumaq üçün qidalanmaya ciddi diqqət etmək lazımdır. Qidalanmalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzin funksiyasının pozulmasına gətirib çıxara bilər. Bir çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzinə ciddi ziyan verə bilər. Mədəaltı vəzidə hiss edilən hər hansı narahatlığa görə mütləq həkimə müraciət etmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub