MDB PA-nın iclasında tibbi innovasiya texnologiyalarının səmərəli tətbiqi üzrə müzakirələr aparılıb
31.03.2022 11:21

Martın 30-da MDB PA nəzdində Səhiyyə üzrə Ekspert Şurasının onlayn iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin deputatı Anatoliy Rafailov iştirak edib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbir “Tibbi innovasiya texnologiyalarının və dərman təminatının MDB-yə üzv ölkələrdə əhali sağlamlığının idarə olunmasındakı rolu” mövzusuna həsr olunub.

 

Videokonfransda “Tibbi innovasiya texnologiyalarının və dərman təminatının MDB-yə üzv ölkələrdə əhali sağlamlığının idarə olunmasındakı rolu” mövzusunda informativ sessiya keçirilib. Sessiyada cəmiyyətin sağlamlığının təmin edilməsində tibbi innovasiya texnologiyalarından səmərəli istifadə, tibbi innovasiya texnologiyalarının və tibbi preparatların tətbiqinin mənəvi, hüquqi məsələləri kimi mövzular üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Onlayn iclasda MDB-yə üzv ölkələrin parlamentlərinin üzvləri, müvafiq dövlət strukturlarının, akademik dairələrin, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib