Azərbaycanda yaradılmış ilk aptekə aid dəyərli materiallar Tarix Muzeyinə təhvil verilib  
30.03.2022 15:58

Azərbaycanda yaradılmış ilk aptekə aid dəyərli materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

 

Bu barədə Aztibb.az-a muzeydən məlumat verilib.

 

Bildirilib ki, XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində balıqçılıq müəssisəsi fəaliyyət göstərirdi. 1841-ci ildə vətəgələr, xəstəxana, inzibati idarə və yaşayış sahələri indiki Neftçala rayonunun Bankə qəsəbəsinə köçürülür.

 

Həmin dövrdə Bankənin adı bütün Avropada məşhur idi. Burada zəngin balıq vətəgələri və iri balıqçılıq müəssisəsi vardı. Orada istehsal olunan qara kürünün dadı və şöhrəti hətta Amerikaya qədər yayılmışdı. Bankədə yerli əhali ilə yanaşı, çoxlu sayda ruslar, tatarlar, gürcülər və digər xalqlardan olan yüzlərlə muzdlular çalışırdı. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Bu səbəbdən Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində, balıqçı gəmisində yaradıldı. Aptek XX əsrin əvvəllərində Bankə balıq vətəgəsinin binasına - indiki binaya köçürülüb. Qırmızı kərpicdən tikilən bu qədim binanın isə iki əsrə yaxın yaşı var.

 

Gəmilərlə Rusiyadan gətirilən zəngin dərman ehtiyatına malik aptek nəinki yerli əhalinin, həmçinin regionda yerləşən qəsəbə və şəhərlərin də tibbi ehtiyacını ödəyirdi. Hətta Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən həkimlər və xəstələr çətin əldə olunan dərmanlar üçün ölkənin bu ilk və yeganə aptekinə gəlirdilər. Aptek binasının ikinci mərtəbəsindən 1960-cı ilin əvvəllərinə qədər yaşayış məqsədilə də istifadə olunub. Aptek əvvəllər olduğu kimi, bu gün də əhaliyə xidmət edir.

 

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarının zənginləşdirilməsi məqsədilə Sənədli mənbələrin elmi fondu şöbəsinin əməkdaşı Nərmin Nəzərova Neftçalada aptekin müdiri Vüqar İsmayılovla görüşüb. V.İsmayılov tərəfindən muzey əməkdaşına aptekə aid dəyərli materiallar təqdim olunub. N.Nəzərova vasitəsilə həmin materiallar muzeyin aidiyyəti fondlarına təhvil verilib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu