Ağır ölümcül patologiyası olan körpənin əməliyyatı uğurla nəticələnib - Mərkəzi Klinika 
29.03.2022 17:06
7 günlük körpə biri ürək əməliyyatı olmaqla, 2 böyük cərrahi əməliyyat keçirib. 
 
Aztibb.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah həkim Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
 
Həkim bildirib ki, həyatla ölüm arasında mübarizə aparan qəhrəmanımız doğulduğu klinikada vəziyyəti çox ağır olduğu üçün süni tənəffüs aparatına qoşulub. Uşağı dünyaya göz açar-açmaz bu vəziyyətə salan səbəb olduqca ağır ölümcül patologiya olan döş qəfəsini qarın boşluğundan ayıran təbəqənin olmaması idi (diafraqmal yırtıq):
 
"Nəticədə bağırsaqlar, dalaq, mədə döş qəfəsinə keçərən ağciyəri ürəyi sıxır inkişafına və fəaliyyətinə mane olurdu. Vəziyyəti olduqca ağır olduğu üçün doğulduğu gün əməliyyata almaq mümkün olmadı. Neanotoloq və kardioloqlarımızın gərgin səylərindən sonra körpənin vəziyyəti çox riskli olsa da cərrahi əməliyyata imkan verəcək vəziyyətə gəldi".
 
Həkimin sözlərinə görə, çəkisi 2500 qram olan 1 günlük körpə cərrahi əməliyyata alınmış, uğurla keçən əməliyyat nəticəsində, bütün orqanlar qarın boşluğuna qaytarılaraq diafraqmadakı açıqlıq bərpa edilmişdir.
 
"Əməliyyatdan sonra hər şey yolunda getsə də, körpənin ürəyində olan qüsura bağlı olaraq süni tənəffüs aparatından ayırmaq mümkün olmamışdır. Məcburiyyət qarşısında 1 həftə daxilində 2-ci əməliyyat qərarı verilmişdir. Ürək damar cərrahı, tibb elmləri doktoru, professor Kamran Musayev tərəfindən PDA-nın ləğvi əməliyyatı uğurla həyata keçirilmişdir", - deyə cərrah həkim əlavə edib. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub