“COVID-19” virus infeksiyasının yayılmasının qarşısının alınmasına dair suallar cavablandırılıb - Onlayn görüş
24.03.2022 13:38
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində tibb müəssisələrində “COVID-19” virus infeksiyasının yayılmasının qarşısının alınmasına dair sualların cavablandırılması məqsədilə onlayn görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, ÜST-nin mütəxəssisləri və yerli səhiyyə tərəfdaşlarının iştirak etdikləri görüşdə mövzuya dair yenilənmiş ÜST tövsiyələri diqqətə çatdırılıb və “COVID-19” infeksiyasına yoluxma hallarında artım müşahidə edildiyi təqdirdə tibb müəssisələrində İnfeksiyanın Profilaktikası və Nəzarət (İPN) tədbirləri müzakirə edilib.
 
Görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva,TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, İxtisaslaşmış tibbi yardım xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva və məsul əməkdaşlar iştirak edib.
 
Qeyd edək ki, bu görüş Azərbaycanda milli İPN sistemlərini gücləndirmək üçün yerli səhiyyə tərəfdaşlarına davamlı dəstəyin bir hissəsidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib