Xumar Novruzova: "Yazın gəlişi pollinoz və ya mövsümi allergiyaların alovlanmasına səbəb olur"
24.03.2022 09:05

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Həkim məsləhəti” rubrikasında “Pollinoz və ya mövsümi allergiya” mövzusunda ətraflı məlumat verib.

 

Həkim bildirib ki, yazın gəlişi nə qədər sevinc gətirsə də, bəzi xroniki və mövsümi xarakter daşıyan xəstəliklərin də alovlanmasına səbəb olur. Bu xəstəliklərdən ən çox rast gəlinəni pollinoz və yaxud mövsümi allergiyadır: "Bu, adından bəlli olduğu kimi, allergik xəstəlik olub, bitkilərin çiçəklənmə və tozlanması ilə başlanan və həssas adamlarda rinit (burun axması), konyunktivit (gözlərdə qaşınma və sulanma), quru öskürək, boğazda qıcıqlanma, təngnəfəslik və övrənin (dəridə səpkilər) əmələ gəlməsinə səbəb olan bir haldır".

 

Onun sözlərinə görə, bitkilərdən ayrılan tozcuqlar küləklə xüsusən isti yay günlərində hava ilə daşınaraq asanlıqla insanların tənəffüs orqanları, dərinin açıq qalan səthi və gözlərlə təmasda olub, allergik reaksiyalar yaradır. Lakin qeyd etmək lazımdır ki, əgər orqanizmin digər allergenlərə də məsələn, yun, pambıq, quş lələyi, siqaret tüstüsü və s. reaksiyasi varsa pollinoz ilboyu da müşahidə oluna bilir.

 

Xumar Novruzova bildirib ki, pollinoz ən çox gənc qadınlarda müşahidə olunur. İrsi faktor da bu xəstəliyin yaranmasında vacib rol oynayır. Hər hansı bir xəstəliyin, həmçinin, pollinozun müalicəsindən öncə onun profilaktikası aparılmalıdır. Təbii ki, havada uçuşan tozcuqlardan tamamilə qorunmaq mümkün deyil, lakin örtülü geyim, tozlanmanın ən aktiv dövründə, yəni səhər saatlarında və küləkli havada küçəyə çıxmamaqla, qoruyucu maska və eynəkdən istifadə etməklə, havadan evə gələn kimi küçə geyimini dəyişib yumaq, saçları yaxalamaqla, pəncərələrə xüsusi toz filtrləri taxmaqla təması minimuma endirmək mümkündür.

 

"Pollinozun dərman müalicəsi zamanı antihistaminlərdən, leykotrien preparatlarından, xüsusi burun spreylərindən, göz damcılarından istifadə olunur. Ağır və residivləşən hallarda ixtisaslaşmış klinikalarda immunoterapiya aparılır. Pollinoz effektiv müalicə olunmazsa bronxial astma kimi daha ciddi xəstəliyin başlanmasına səbəb ola bilir. Odur ki, mövsümi allergiya halları zamanı həkimə müraciət etmək məsləhətdir", - deyə terapevt bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib