Riqada onkoloqların konqresi keçirilib
22.03.2022 09:14

Riqada Avropanın 22 ölkəsinin onkoloqlarının “Xərçənglə mübarizədə bərabərlik haqqında” mövzusunda ikigünlük konqresi keçirilib.

 

Aztibb.az xəbər verir ki, konqresin açılış mərasimində Avropa İttifaqının səhiyyə və qida təhlükəsizliyi üzrə komissarı Stella Kiriakidis, Avropa Komissiyasının İctimai Səhiyyə Direktorluğunun rəhbəri Con Rayan, Melanoma Xəstələrinin Avropa Şəbəkəsinin təsisçisi Bettina Rill, Baltikyanı ölkələrin səhiyyə nazirləri və başqaları çıxış ediblər.


Tədbirdə onkoloji xəstəliklərin diaqnostikasında, müalicəsində və ən yeni dərman preparatlarına əlçatanlıqda qeyri-bərabərliyin qarşısının alınması yolları müzakirə edilib.


“Onkoalianse” təşkilatının idarə heyətinin üzvü Olqa Valtsiņya bildirib ki, Avropanın onkoloji xəstəliklərlə bağlı təşkilatları ilk dəfədir bir araya gələrək xərçəng xəstəliyinin müalicəsində bərabərsizlikləri aradan qaldırmaq məqsədilə aydın tələblər irəli sürüblər. Vurğulanıb ki, Qərbi və Şərqi Avropa ölkələri arasında müqayisələr onkoloji xəstəliklərin müalicəsində qeyri-bərabərliyin olduğunu açıq şəkildə göstərir. Bunun səbəbi insanların maddi təminatı ilə yanaşı, onkoloji xəstələrin müalicəsi və onlara qulluq sistemində ağır problemlərin olmasıdır.


Tədbir iştirakçıları “Xərçəngin müalicəsində qeyri-bərabərliyin azaldılması üçün 10 addım” adlı müraciət imzalayıblar. Müraciət Avropa Komissiyasına, Avropa Parlamentinə və Avropa İttifaqı ölkələrinin Səhiyyə nazirliklərinə göndəriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib