İHV infeksiyasından müdafiəni təmin edən yeni PREPARAT hazırlanıb
21.03.2022 16:20

Cənubi Afrika Respublikasında və Braziliyada İHV infeksiyasından uzunmüddətli müdafiəni təmin edən inyeksiya tipli yeni preparat tətbiq edilməyə başlanıb.

 

Aztibb.az xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında fəaliyyət göstərən UNITAID agentliyinin açıqlamasına görə, bu yeni preparat hər gün dərman qəbul etməyin alternativi ola bilər.

 

"ViiV Healthcare" əczaçılıq şirkətinin yeni məhsulunun ABŞ-da tətbiq edilməsinə icazə verilib. Aktiv inqirediyenti kaboteqravir olan bu inyeksiya İHV-dən iki ay ərzində etibarlı müdafiəni təmin edir. ÜST ümid edir ki, bu preparatın tətbiqi bütün dünyada İHV profilaktikasının effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.

 

Antiretrovirus preparatları insanın həyati əhəmiyyətli orqanlarına düşən yükü səmərəli şəkildə azaltmaqla virusun orqanizmdə inkişafı prosesini dayandırır. Mövcud peroral dərmanlar İHV-nin qarşısını 99 faiz almağa imkan verir, lakin onlar inyeksiya ilə müqayisədə qat-qat ləng təsir edir.

 

İHV-dən əziyyət çəkən və bu səbəbdən hər gün İHV-yə qarşı həblər qəbul edən insanlar bəzi hallarda cəmiyyətdə ayrı-seçkiliyə və ya intim partnyoru tərəfindən zorakılığa məruz qalamaqdan qorxurlar. UNITAID-in mətbuat katibi Erve Verhuzel Cenevrədə jurnalistlərə müsahibəsində deyib: “Uzunmüddətli təsirə malik olan inyeksiya İHV-yə qarşı profilaktikanı çoxsaylı insanlar üçün münasib və təhlükəsiz varianta çevirə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib