“Rezident Həyatı Yaşa” layihəsinin iştirakçıları  ATU-nun rektoru ilə görüşüblər    
18.03.2022 19:19

Bu gün Azərbaycan Tibb Universitetinin “Rezident Həyatı Yaşa” layihəsinin iştirakçıları universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər. Görüşdə ATU-nun müalicə ixtisası üzrə təhsil alan III, IV və V kursdan olan 184 tələbə iştirak edib.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli öncə görüş iştirakçılarının bayramını təbrik edərək, onlara qarşıdakı dövrdə uğurlar arzulayıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarının da inkişaf etdirilməsinin vacibliyini vurğulayan G.Gəraybəyli universitetdə bu istiqamətdə ciddi işlər aparıldığını bildirib: “Bildiyiniz kimi, ATU-da tələbələrimizin praktik bacarıqlarını gecləndirməsi üçün treyninq mərkəzləri mövcuddur. Bununla yanaşı, onlar digər ali məktəblərin nəzdindəki simulyasiya mərkəzlərində praktika keçəcəklər. Həmçinin, ÜST-lə birgə 6-cı kurs tələbələrimiz üçün  Şamaxıda maraqlı praktika proqramları təşkil olunur. Bir sözlə, tələbələrimizin praktik vərdişlərinin təkmilləşdirilməsi üçün bir çox addımlar atırıq ki, onlar rezidentura pilləsində əminliklə seçdikləri ixtisasa yiyələnə bilsinlər”.

 

ATU-nun I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov layihənin məqsədləri və təfərrüatları haqqında məlumatı bölüşüb. Qeyd edib ki, 3-14 fevral tarixlərində keçirilən layihə çərçivəsində 9 böyük baza iş görülüb. Layihənin məqsədi tələbələrin mənimsəmək istədikləri ixtisas haqqında öncədən təəssüratlarının yaranmasına nail olmaqdır. E.Novruzov tələbələrin bu cür təşəbbüslərdə aktiv iştirakını dəstəkdiklərini, təşəbbüsün davamlı olacağına inandığını da bildirib.

 

Qeyd edək ki, “Rezident Həyatı Yaşa” layihəsinin məqsədi tələbələrin fərdi inkişafına yardım etmək, onların sahib olmaq istədikləri ixtisasla öncədən tanış olmasına şərait yaratmaqdan ibarətdir. Layihənin həyata keçirilməsində ATU-nun Tədris Cərrahiyyə Klinikası, ATU-nun Tədris Terapevtik Klinikası, Onkologiya klinikası, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, 2 saylı Psixiatrik kliniki xəstəxana, Respublika Dəri-Zöhrəvi dispanseri, Modern Hospital, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxana, Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutu kimi bazalar iştirak edib.

 

Sonda görüş iştirakçıları layihə ilə bağlı hazırlanmış videoçarxı seyr ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib