ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti iclası keçirilib
18.03.2022 16:18

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında cari məsələlərin müzakirəsi və həllinə dair toplantı keçirilib. Toplantıda klinikada olan problemlər və cari məsələlərdən danışılıb, onların həlli istiqamətində müzakirələr aparılıb.

 

İclası açan Tədris Terapevtik Klinikanın direktoru, əməkdar elm xadimi, professor Surxay Musayev professor Sahib Musayevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək Azərbayan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəylinin adından Fəxri Fərmanı təqdim edib. Öz növbəsində professor Sahib Musayev ATU-nun rektoru professor Gəray Gəraybəyliyə və klinikanın direktoru professor Surxay Musayevə Azərbaycan Tibb Universitetində və Tədris Terapevtik Klinikada yaradılan şəraitə və təbrikə görə öz təşəkkürünü bildirib.

 

Ardınca gündəliyə uyğun olaraq klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva ötən iki həftə ərzində ambulator və stasionar xəstə qəbulu və klinikanın müalicə işlərinin yekunlarına dair hesabatla çıxış edib. O, son iki həftə ərzində müəssisənin tibbi fəaliyyəti və mövcud çətinliklər barədə də məlumat verib.

 

Dinlənilən hesabatdan sonra çıxış edən prof. Surxay Musayev klinikada uzun müddətli fasilədən sonra fəaliyyətini bərpa etmiş ürək damar mərkəzindən danışıb və invaziv kardiologiya üzrə yeni həkim Mehriban İskəndərovanı klinika əməkdaşlarına təqdim edib. Qeyd olunub ki, yeni fəaliyyətə başlamasına baxmayaraq mərkəzdə artıq üç xəstə əməliyyat olunub. İcbari Tibbi Sığorta Agentliyi tərəfindən göndərilən xəstələrin birində angioqrafiya, ikisində isə stend qoyma əməliyyatı uğurla həyata keçirilib.

 

Professor əməliyyatların keçirilməsində göstərdikləri dəstəyə görə İcbari Tibbi Sığorta Ağentliyinin, TƏBİB-in rəhbərliyinə və ATU-nun Tədris Cərrahiyyə Klinikasının invaziv kardioloqlarına da öz təşəkkürünü bildirib.

Bundan əlavə o, kardiologiya şöbəsinin avadanlıqlarının təmir olunaraq şöbənin yenidən qurulduğunu və gənc kardioloqların da işə cəlb olunacağını vurğulayıb.

 

S.Musayev klinikada mövcud olan problemlərə eləcə də, bəzi əməkdaşların özəl klinikalarda çalışması məsələlərinə də toxunub. ATU rəhbərliyi ilə bu məsələnin geniş müzakirə olunduğunu deyən direktor, yaxın zamanda bununla bağlı müəyyən tədbirlər həyata keçiriləcəyini də qeyd edib.

 

Sonda klinikanın direktoru, professor Surxay Musayev klinikanın bütün əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər birinə cansağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu