Dünyada ilk ürək transplantasiyası nə zaman həyata keçirilib?
10.09.2020 12:52

Dünyada ilk ürək transplantasiyası 3 dekabr 1967-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda cərrah Kristian Barnard tərəfindən həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, əməliyyat prosesində ürək çatışmazlığından əziyyət çəkən 53 yaşlı Lüis Vaşkanskiyə avtomobil qəzasına düşən 25 yaşlı qadın Denis Darvalın ürəyi köçürülüb. Əməliyyat uğurlu keçsə də, L.Vaşkanski 18 gün sonra pnevmoniyadan həyatını itirib. Bununla belə, yaşadığı qısa müddətdə L.Vaşkanskinin ürəyi normal işləyib.


1970-ci illərdə ürək transplantasiyası sahəsində böyük uğurlar əldə olunub. Cərrah K.Barnardın da fəal iştirak etdiyi tədqiqatlarda yeni metodlar kəşf edilib. Həmin illərdə ürək köçürülən şəxslər əməliyyatdan sonra, təqribən, 5 il yaşayıblar.


Ürək transplantasiyası bu gün daha müasir üsullarla həyata keçirilir. Bu əməliyyatlarda çətinlik yaradan əsas məqam isə xəstəyə uyğun donorun tapılmasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib