ATU-da Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr olunan konfrans keçirilib
17.03.2022 16:32

Azərbaycan Tibb Universitetində (ATU) 20 Mart - Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

 

Konfransı giriş nitqi ilə açan ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra təşkilatların yarandığını bildirib. Qeyd edib ki, belə təşkilatlardan biri olan Azərbaycan Stomatoloji Assosiasiyası (ASA) 1997-ci ildə təsis olunub və yarandığı gündən beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilat 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edərək, respublikamızda da stomatologiyanın müxtəlif sahələrinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib.

 

"Əsas məqsədlərimiz ondan ibarət idi ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın. Çünki dünyadakı stomatoloji yenilikləri, texnologiyaları əldə etmək, bu sahədəki praktikanı genişləndirmək ölkə stomatologiyasına müasirlik gətirməyə imkan verir. 1998-ci ildə İspaniyanın Barselona şəhərində ASA ukraynalı həmkarlarımızla bərabər Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDİ) daimi üzv seçiləndən sonra biz bu məqsədimizə nail olmuşuq”, - deyə R.Əliyeva bildirib.

 

ASA-nın fəaliyyət istiqamətlərindən bəhs edən R.Əliyeva bildirib ki, ilk istiqamət beynəlxalq fəaliyyətlə bağlıdır. FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA 2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın inkişaf fondunun donorlarından biri kimi tarixə düşüb. Təşkilat, həmçinin Azərbaycanda beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfranslar keçirib. Bununla yanaşı, ASA-nın nümayəndələri hər il FDİ tərəfindən təşkil edilən bütün konqreslərdə yaxından iştirak ediblər:

 

"İkinci istiqamətimiz isə ölkədaxili fəaliyyətimizin təməlini təşkil edir. Belə ki, ASA Azərbaycanın bölgələrində də müxtəlif layihələr həyata keçirib. Artıq ənənə halını alan bu işlərdə həkimlər üçün maarifləndirici aksiyalar təşkil olunub. ASA-nın işinin əhəmiyyətli mərhələlərindən biri də assosiasiyamızın dövri mətbuat orqanının yaradılmasıdır. “Qafqazın Stomatoloji Yenilikləri” adlı dərgimiz apardığımız işlərin hesabatlarını, qarşıda duran məqsəd və məramlarımızı oxucuların diqqətinə çatdırır. Dərginin redaksiya heyətinə MDB-nin və digər xarici ölkələrin görkəmli alimləri daxildir”.

 

Daha sonra konfransda çıxış edən assistent Leyla Musayeva, dosentlər Rumiyə Abbasova və Gülşən Zeynalova nəzərə çatdırıblar ki, ASA yalnız stomatoloji xəstəliklərlə bağlı deyil, digər sahələr üzrə də fəaliyyət proqramları təşkil etməkdədir. Belə ki, 1999-cu ildən başlayaraq, bu assosiasiya şəkərli diabet xəstəsi olan uşaqlar üçün ağız boşluğunu sağlamlaşdırmaq istiqamətində proqram həyata keçirir. ASA-nın üzvləri endokrinoloji dispanser nəzdində diabetli uşaqlarda ağız boşluğunun gigiyenasını yaxşılaşdırmaq məqsədi ilə dərslər keçir.

 

Qeyd edilib ki, uşaq yaşlarında stomatoloji xəstəliklərin azaldılmasının vahid və təsirli vasitəsi həm də profilaktik proqramlardır. Bununla əlaqədar olaraq, assosiasiya tanınmış müvafiq şirkətlərlə Azərbaycanda məktəb-təhsil proqramını reallaşdırıb. Bu proqram ağız boşluğu gigiyenasının yaxşılaşdırılmasına xidmət edir.

 

Qarşıda duran planlardan da danışan natiqlər bildiriblər ki, ASA-nın ölkədə keçirdiyi elmi-praktiki konfranslar nəticəsində həkim-stomatoloqların bilik, ixtisas səviyyələri artırılır, burada aparılan fikir mübadilələri isə ümumi işi daha uğurlu şəkildə qurmağa kömək edir.

 

Konfransda ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Stomatoloji Klinikanın direktoru, t.ü.f.d. Mahir Səfərov, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, eləcə də bu sahəylə bağlı kafedraların rəhbərləri və tanınmış mütəxəssislər iştirak edirdilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib