ATU-nun Tədris Terapevtik Klinikasında "Hemostaz" mövzusunda seminar keçirilib  
17.03.2022 14:37
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə "Hemostaz" mövzusunda seminar keçirilib.
 
Seminarda çıxış edən Kardiologiya şöbəsinin həkim-rezidenti Əli Balakişiyev hemostazın mərhələləri, aPTZ və protrombin zamanı antiaqreqant, antikoagulant dərmanların təsiri, hemofiliya, koaqulasiya və fibrinolitik sistem barədə ətraflı məlumat verib.
 
Həkim bildirib ki, hemostaz sistemi damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji bir sistemdir. Onun sözlərinə görə, hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür: "Hemostaz sistemi laxtalanma və ya prokoqaqulyant sistemi, əks və ya antikoaqulyant sistemi olmaqla 2 mexanizmə bölünür. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi - fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir"- deyə o, bildirib.
 
Geniş müzakirə şəraitində keçən seminarda rezidentlər öz fikirlərini bölüşüb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib