Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna ağır vəziyyətdə daxil olan hamilə pasiyentin həyatı və körpəsi xilas edilib
17.03.2022 14:59
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ağır vəziyyətdə, 37-38 həftəlik hamiləliklə müraciət edən qadına təcili olaraq qeysəriyyə əməliyyatı icra olunub.
 
Aztibb.az xəbər verir ki, uşaqlıqda ikiqat çapıq, ağır dərəcəli anemiya və preeklampsiya diaqnozları olan qadının 3 935 qram çəkidə övladı dünyaya gəlib.
 
Qeysəriyyə kəsiyi sonrası pasiyentin vəziyyəti ağır anemiya fonunda ağırlaşdığından Anesteziologiya və reanimasiya şöbəsində ağciyərlərin ödemi və respirator distress sindromu ilə 2 gün süni tənəffüs aparatında daha sonra isə reanimasion şəraitdə stasionar müalicə alıb.
  
Şöbənin müdiri Nurəngiz Əhmədova və tibbi heyətin peşəkarlığı nəticəsində xəstə ağır vəziyyətdən çıxarılıb və Zahılıq şöbəsinə köçürülüb.
 
Pasiyent icbari tibbi sığorta ilə göstərilən bütün tibbi xidmətlərdən və onu belə bir ağır vəziyyətdən peşəkarcasına xilas etdiyinə görə N.Əhmədova başda olmaqla bütün tibbi heyətə təşəkkürünü bildirib. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib