"Biz qorxmadan, çəkinmədən gecə-gündüz çalışırdıq ki, yaralılarımıza köməklik edək" - “Zəfər həkimlərimiz” rubrikası
17.03.2022 10:51
Kliniki Tibbi Mərkəzin təqdim etdiyi “Zəfər həkimlərimiz” rubrikasının qəhrəmanları 44 günlük Vətən müharibəsində hərbiçilərimiz qədər vuruşan, gecə-gündüz savaşan həkimlərdir.
Aztibb.az xəbər verir ki, rubrikanın növbəti qonağı Kliniki Tibbi Mərkəzin həkim-travmatoloqu Rövşən Behbudovdur. O, Vətən müharibəsi başladıqdan sonra, sentyabrın 30-dan oktyabrın 16-dək Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya ezam olunmuş, yaralı əsgər və zabitlərin sağlamlıqlarına qovuşmaları üçün yardım etmişdir.
R.Behbudov Vətən müharibəsi günlərini belə xatırlayır:
“Müharibə vaxtı yaralı əsgər və zabitlərimizə qulluq etmək üçün xəstəxana hospitala çevrilmişdi. Düşmən tərəfi mümkün qədər həmin xəstəxananı da vurmağa çalışırdı. Dəfələrlə Gəncəyə, yəni, ətrafımızdakı mümkün olan hər yerə raketlər atırdılar. Bildiyiniz kimi, nə qədər günahsız vətəndaşlarımız məhz bu raketlərin, bu qəddarlığın qurbanı oldu. Sözsüz ki, bu təhlükə həm də xəstəxanada olan yaralılar, orada çalışan tibb işçisiləri üçün qaçılmaz idi. Amma biz qorxmadan, çəkinmədən gecə-gündüz çalışırdıq ki, yaralılarımıza köməklik edək, hər anımız bir insanın xilası demək idi...”.
Mərkəzin həkimi müharibə bitdikdən sonra da qazilərin sağalması üçün əlindən gələni etdiyini deyib:
“İndi də müharibədə iştirak edən qazi və əsgərlərin sağlamlığa qovuşmaları üçün əlimdən gələni əsirgəmirəm, hər zaman onlar qarşısında olan məsuliyyət və vəzifəmin öhdəsindən gəlməyə çalışıram”.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

