İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi ÜST-nin təşkil etdiyi vebinarda iştirak edib
16.03.2022 16:46

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində əhalinin sağlamlığının qorunması və səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatlar: Biliklərin mübadiləsi və regional perspektivlər” mövzusunda keçirilən vebinarda iştirak edib.

 

Tədbirdə təqdimatla çıxış edən N.Bayramova ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması dövlətin həyata keçirdiyi səhiyyə islahatının tərkib hissəsidir: "Bunun bariz nümunəsidir ki, cari ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 789 milyon manat ayrılıb. Bu məbləğin təqribən 1 milyard 126 milyon manatını əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı təşkil edir”. 

 

Sədr müavini, həmçinin əldə olunan nailiyyətlərlə yanaşı, səhiyyənin yeni maliyyələşmə modelinin tətbiqindən irəli gələn çətinliklər barədə məlumat verib, vebinar iştirakçıları ilə öz tövsiyələrini bölüşüb.

Təqdimatın sonunda N.Bayramova ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

 

Tədbir iştirakçıları tərəfindən Azərbaycanda bütün vətəndaşların işləməsindən və sığorta haqqı ödəməsindən asılı olmayaraq icbari tibbi sığorta ilə əhatə olunması yüksək qiymətləndirilib.

 

Səhiyyənin Maliyyələşməsi üzrə Qlobal Şəbəkə (P4P), Beynəlxalq Əmək Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan vebinarda MDB üzvü olan 3 ölkənin (Azərbaycan, Qazaxıstan və Qırğızıstan) nümayəndələri iştirak edib. Panel müzakirələrinə isə müxtəlif ölkələrdən 300-dən çox iştirakçı dinləyici qismində qoşulub.

 

Tədbirin keçirilməsində məqsəd ölkələrin əhalinin sağlamlığının qorunması və səhiyyənin maliyyələşdirilməsi sahəsində əldə etdikləri təcrübəni və nailiyyətləri  digər ölkələrlə bölüşməsinə imkan yaratmaq və bu sahədəki bilikləri artırmaqdır.

 

P4H Şəbəkəsi Universal Tibbi Təminat üçün əhalinin sağlamlığının qorunmasına və səhiyyənin maliyyələşdirilməsi üzrə formalaşdırılan qlobal şəbəkədir. Şəbəkə bu sahədə effektiv nəticənin əldə olunmasına dəstək üçün texniki əməkdaşlıq  və dialoq imkanı yaradır. 2007-ci ildə “Böyük səkkizlik” ölkələrinin Almaniyada keçirdiyi sammitində yaradılan Şəbəkə Universal Tibbi Təminatı və Dayanıqlı İnkişaf Məqsədlərinin sağlamlıqla bağlı digər hədəflərini dəstəkləyir. Bu gün P4H şəbəkəsi Afrika, Asiya, Avropa və Amerika qitələrinin 40-dan artıq ölkəsində fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib