Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrini genişləndirir
16.03.2022 16:19

Azərbaycan Tibb Universitetində (ATU) Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin nümayəndələri ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Görüşdə hər iki  təhsil müəssisəsinin rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi müəssisə ilə Təbriz Tibb Elmləri Universiteti arasındakı mövcud saziş əsasında uğurlu fəaliyyətdən danışıb. O, artıq bir neçə ildir ki, iki universitetin aktiv şəkildə əməkdaşlıq etdiyini, həm tələbə, həm də akademik heyət üzvləri arasında mübadilə aparıldığını bildirib. Universitetlər arasında anlaşma memorandumuna əlavə olaraq innovasiya və elmi tədqiqatların birgə aparılmasına dair yenə sənədin hazırlandığını deyən rektor bu sənədin qarşılıqlı əməkdaşlıqda yeni imkanlar açacağına əminliyini ifadə edib.

 

Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin direktoru, professor Soodabeh Davaran innovasiya və elmi tədqiqatlara dair hazırlanan sənədin iki universitet arasında elmi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir dünyada təhsilin inkişafının yeni texnologiyalar, yeni məhsulların istehsalı ilə yanaşı addımladığını deyən direktor bildirib ki, pandemiya dövründə tibb sahəsində innovativ yeniliklərin önəmi bir daha ortaya çıxıb. Professor iki universitet arasında yeni əməkdaşlığın nanotexnologiyalar, əczaçılıq sahəsində də birgə elmi tədqiqatların aparılmasına imkan verəcəyini qeyd edib.

 

Sonra tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müştərək elmi araşdırmaların aparılması, ortaq tədbirlərin təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Görüşdə Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin elmi işçisi,  Dr. Aziz Eftikhiari, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Hacıyev, Əczaçılıq fakültəsinin dekanı Fərəh Mədətli, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, eləcə də Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov və "Biyan Products" MMC-nin direktoru Səbinə İsmayılova iştirak ediblər.

 

Qeyd edək ki, iki gün davam edən səfər zamanı Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin nümayəndələri ATU-nun klinikaları, müxtəlif kafedraları ilə tanış olub, Əczaçılıq fakültəsi və laboratoriyalarını ziyarət ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub