"Florence Nightingale"in həkim-infeksionisti Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinin həkimləri ilə görüşüb
16.03.2022 11:33

“SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak üçün Azərbaycanda səfərdə olan Florence Nightingale Xəstəxanalar Qrupunun həkim-infeksionisti Feride Gökçe Demir konfrans çərçivəsində Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkimləri ilə görüşüb.

 

Aztibb.az xəbər verir ki, görüşdə Mərkəzi Gömrük Hospitalın baş həkiminin müavini Bəxtiyar Musayev iştirak edib.

 

Görüşdə hospitalın Reanimasiya şöbəsində COVID-19 xəstəliyindən müalicə olunan ağır və kiritik ağır vəziyyətli xəstələrin müalicə taktikası, istifadə olunan tibbi protokollar və bu müddətdə əldə edilmiş təcrübə haqqında geniş müzakirələr aparılıb.

 

Dr.Feride Gökçe Demir Florence Nightingale Xəstəxanalar Qrupuna daxil olan müalicə müəssisələrinin COVID-19 diaqnozlu xəstələrin müalicəsində böyük təcrübəsinin olduğunu da vurğulayıb. O, istifadə olunan tibbi protokollar və müalicə taktikasında oxşarlığı xüsusilə qeyd edib.

 

Tədbirdə, həmçinin ağır və kritik ağır vəziyyətdə olan COVID-19 xəstələrinin müalicəsində EKMO cihazının və müxtəlif efferent müalicə üsullarının effektivliyi barədə fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib