"SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar" mövzusunda konfrans keçirilib
16.03.2022 10:35
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin Hərbi hospitalında “SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir DTX-nin Hərbi-tibb baş idarəsinin və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda qeyd olunan tibb müəssisələrinin, həmçinin Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Azərbaycan Tibb Universitetinin əməkdaşları, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyənin “Florence Nightingale” Xəstəxanalar Qrupunun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
120 nəfər müvafiq ixtisaslı həkimin əyani, 350-dən çox həkimin isə onlayn formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev açıb. O, beynəlxalq tədbirin əhəmiyyətindən danışıb, ölkəmizdə səhiyyənin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Rüfət Əliyev, həmçinin bu sahədə həyata keçirilən məqsədyönlü islahatlardan və genişmiqyaslı tədbirlərdən, koronavirus infeksiyasının yayılmasının vaxtında qarşısının alınması istiqamətində atılan qabaqlayıcı addımlardan bəhs edib.
Sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədova çıxış edərək respublikamızda COVID-19-la mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi imkanların mövcudluğundan danışıb, konfransın təcrübə və fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirib.
Tədbirdə çıxış edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov və TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva 2 il öncə başlanan və indiyədək davam edən koronavirusla mübarizədə fədakar həkimlərimizin qazandığı təcrübədən və səhiyyə sisteminin qısa zaman kəsiyində pandemiyanın yaratdığı tələblərə uyğun formalaşdırılmasından bəhs ediblər. Çıxış edənlər ölkəmizin bu sınaqdan da alnıaçıq və üzüağ çıxdığını xüsusi olaraq qeyd etməklə əhalinin vaksinasiyasının uğurla həyata keçirildiyini, səhiyyə sahəsinin mövcud maddi-texniki bazasının gündən-günə daha da təkmilləşdirildiyini diqqətə çatdırıblar.
Daha sonra konfrans “COVID-19” pandemiyasının və onun yeni növ ştamlarının ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə səbəb olması, insan orqanizminə təsiri və doğurduğu fəsadlar, bu infeksiyanın laborator diaqnostikası, xəstəlik müddətində edilən müayinələrin təhlili, müvafiq istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında iştirakçıların çıxışları və panel müzakirələrlə davam edib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

