“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib
15.03.2022 15:10
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması istiqamətində maarifləndirmə tədbiri təşkil olunub.
 
Aztibb.az xəəbər verir ki, Lənkəran Peşə Liseyi tələbələri üçün “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri.Erkən nikahın reproduktiv sağlamlığa mənfi təsiri” mövzusunda onlayn tədbir keçirilib.
 
Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, həkim Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını nəzərə çatdırıb. O, erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıb. Z.Kazımova erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və ailədaxili zorakılıq hallarına səbəb olduğunu vurğulayıb.
 
Daha sobra Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları barədə məlumat verib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib