Azərbaycan Tibb Universitetinin dosenti tibb elmləri doktoru elmi dərəcəsini alıb
15.03.2022 15:10

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ziba Qasımovaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

 

Bu barədə Aztibb.az-a Ali Attestasiya Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, Ziba Qasımova Azərbaycan Tibb Universitetinin Terapevtik stomatologiya kafedrasının dosenti, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin sədridir.

 

O, "Şaquli diş-çənə anomiyalarının diaqnostika, müalicə və profilaktika metodlarının optimallaşdırılmasının müasir prinsipləri" mövzusunda dissertasiya işini 31 may 2021-ci ildə müdafiə etmişdi. Tədqiqat işində şaquli diş-çənə anomiyalarının (ŞDÇA) diaqnostikası, müalicəsi və profilaktikasının effektivliyinin artırılmasına təsir göstərən optimal kompleks metodlar təklif olunub.

 

Elmi yenilik diş alveolunun qısalması ilə əlaqədar olan ŞDÇA-ların sistemləşdirilməsindən, akustik mikroskopiya metodu ilə breketlərin birləşdiyi nahiyədə təsir müddətindən asılı olaraq dişlərin sərt toxumasının vəziyyətinin öyrənilməsindən, onların minaya və dentinə olan təsirinin müqayisəli təhlilindən, eləcə də aşağıtezlikli ultrasəsin diş ətinin toxumalarına və dişlərin sərt toxumalarına təsirinin optimal rejimlərinin müəyyənləşdirilməsindən obarətdir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub