Yaşıllıqlar uşaqları astma və allergik rinit xəstəliklərindən qoruyur - Portuqaliyalı alimlər
10.09.2020 09:47

Portuqaliyanın Portu Universitetinin İctimai Səhiyyə İnstitutundan (ISPUP) olan tədqiqatçılar bu qənaətə gəliblər ki, uşaqların yaşıllıqlar arasında olması onları astma və allergik rinit xəstəliklərindən qoruyur, müxtəlif növ heyvanların təsiri isə əks nəticə doğurur.

Aztibb.az xəbər verir ki, nəticələri “Allergy” elmi jurnalında dərc edilmiş araşdırmanın məqsədi yaşıllıqların uşaqları astma və allergik rinit kimi respirator xəstəliklərdən qoruyan və ya əksinə, bu xəstəlikləri daha da ağırlaşdıran amillər olduğunu aydınlaşdırmaqdır. Bu məqsədlə bir qrup tədqiqatçı Portu şəhərində 1050 uşağın yaşadığı evlərin ətrafındakı mühiti təhlil ediblər. Tədqiqatın lap əvvəlində aşkar görünürdü ki, evlərindən 100 metr məsafədə yerləşən yaşıllıqların bilavasitə yaxınlığında böyüyən uşaqlarda qorunma amili inkişaf edir.

Tədqiqatda qeyd edilir ki, yaşıllıqlardan 100 metr məsafədə yaşayan uşaqlar 7 yaşa çatanda onlarda allergik rinit və astma xəstəlikləri başqa uşaqlarla müqayisədə az inkişaf edir.

Alimlər yaşıllıqların uşaqlara təsirini öyrənməklə paralel olaraq dörd növ canlının: suda quruda yaşayan, sürünən, məməli heyvanların və quşların uşaqların sağlamlığına təsirini təhlil edərək, bu nəticəyə gəliblər ki, körpəlikdə evlərinin bilavasitə yaxınlığında müxtəlif növ heyvanların təsirinə məruz qalan uşaqların gələcəkdə xəstələnməsi ehtimalı digər uşaqlarla müqayisədə 35 dəfə yüksəkdir.

“Exalar XXI” layihəsi çərçivəsində həyata keçirilən “Ətraf mühit və uşaqlarda astma: müqayisəli tədqiqat” adlı araşdırmada şəhər mühiti ilə uşaqlarda allergik və astma xəstəlikləri arasında qarşılıqlı əlaqələrin öyrənilməsinə xüsusi diqqət yetirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib