Kistoz Fibroz Gününə həsr olunan tədbir keçirilib
13.03.2022 21:10

Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Kistoz Fibroz Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Tədbirdə qeyd edilib ki, ölkəmizdə illik doğum sayı təxminən 150 minə yaxındır, Kistoz fibroz xəstəliyinin rastgəlmə tezliyi isə 5 mində birə bərabərdir.

 

Kistoz fibroz xəstəliyinin ölkəmizdə əlillik meyarı kimi müəyyən ediləcəyi də vurğulanıb.

 

Təqdimat və müzakirələrlə davam edən tədbirdə TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin nümayəndələri iştirak edib, departament rəhbəri Teymur Mirzəbəyli geniş təqdimatla çıxış edib.

 

Xəstəliyin kliniki əlamətləri çox duzlu dəri, inadçı öskürək, tez-tez təkrarlanan ağciyər infeksiyaları, təkrarlanan sinus infeksiyaları, nazal polipoz, xışıltı və nəfəs darlığı, yaxşı iştahaya baxmayaraq, inkişafdan geriqalma, çəki artmama kimi problemlərdir.

 

Məlumat üçün bildirək ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində 6 saylı Uşaq Klinik Xəstəxanasında bu xəstələrin diaqnostikası üçün 12 Mart 2021-ci ildə mərkəz yaradılıb.

Kistik fibrozlu uşaqların müayinə və müalicəsi mərkəzin həkimləri tərəfindən aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib